Vaxt.Az
Nazirlik əmr imzalayıb
KTN monitorinq aparacaq
Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən topdan və pərakəndə satış ticarət obyektlərində, həmçinin ictimai-iaşə müəssisələrində monitorinq keçirilməsi məqsədilə əmr imzalayıb.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən mətbuata bildirildiyinə görə, monitorinqin obyektiv aparılmasını təmin etmək məqsədilə İşçi Qrupuna tapşırılıb ki, zərurət yarandıqda alkoqollu içkilərin və etil (yeyinti) spirtinin sınaq nümunələrinin dövriyyədən götürülərək, fiziki-kimyəvi və orqanoleptik göstəricilərinin Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Sınaq laboratoriyasında yoxlanılmasını təmin etsin və hüquq-mühafizə orqanlarına müraciət etsin.
Artıq Nəsimi rayonu ərazisində monitorinqlərə başlanılıb.
03.01.2013 çap et