Dünya valyuta birjalarında avronun qiyməti 1.23 dollara ticarət edilir və təhlillərə əsasən, eniş dalğası 1.22 dollara kimi də davam edə bilər.
Türkiyə bazarlarında da dollar/lirə məzənnəsi 3.81 lirəyə kimi bahalaşıb və qiymət 3.81 lirənin üzərində möhkəmlənərsə, 3.87 lirəyə kimi də bahalaşa bilər.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00, 18:15 və 18:45-də müvafiq olaraq açıqlanacaq Avrozonanın biznes mühiti, İngiltərənin inflyasiya hesabatı və ABŞ-ın biznes mühiti ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və birjalarda güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.