Vaxt.Az

OPEK-də təşviş


 

Gözlər ABŞ-a dikildi

OPEK-də təşviş ABŞ-da xam neft ehtiyatlarının ardıcıl dördüncü həftə artacağı ehtimalından sonra qiymətlər ciddi ucuzlaşıb.

APA TV-nin məlumatına görə, ehtiyatlar həftə ərzində 3 milyon barel artıb. Enerji İnformasiya İdarəsinin hesabatı ilə bu rəqəm təsdiqlənsə qiymətlərin bir az da ucuzlaşacağını güman etmək olar.

OPEK və istehsalı azaltmağa imza atan digər neft ölkələri razılaşmaya 2018-ci ildən sonra da əməl etmək fikrindədir. OPEK-in sədri Məhəmməd Barkindo bazarda stabilliyin sürətləndiyini deyib. Onun sözlərinə görə, razılaşma bir ölkənin belə qaydalara əməl etməyəcəyi təqdirdə təhlükə altına düşə bilər.

«Brent» nefti sutka ərzində 75 sent ucuzlaşaraq hazırda 64,70 dollardan satılır. Qərbi Texas nefti isə bir dollardan çox ucuzlaşıb. WTI markası hazırda 61,16 dollardan təklif olunur.

Bu həftə qiymətləri müəyyənləşdirəcək əsas hadisə ABŞ-da ehtiyatların artmasının rəsmən təsdiqlənməsi olacaq. Ümumiyyətlə son dövrlər neft bazarında qiymətlər daha çox bu ölkədən qaynaqlanan səbəblərlə müəyyənləşir. Ölkədə fəal neft quyularının sayı, istehsal və ehtiyatlar artır. Bununla da qiymətlərin ucuzlaşmasına şərait yaranır.

 





21.02.2018    çap et  çap et