Məlumata görə, buna qədər İŞİD yaraqlıları ilə mübarizə üçün Rusiyadan silah almaqla kifayətlənən İraq artıq müasir hava hücumundan müdafiə sistemləri olan qonşularından geri qalmaq istəmir.
Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında Moskva və Bağdad ümumi dəyəri 4,2 milyard dollar olan 48 ədəd «Pantsir-S» zenit kompleksinin və 36 ədəd «Mi-28» zərbə helikopterinin tədarükü üzrə saziş imzalayıb. Bundan sonra İraqda İŞİD-in təsir qüvvəsi artdığına görə müqavilənin detalları dəfələrlə dəyişdirilib.