İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir.
Əməkdaşımız kredit qadağası ilə əlaqədar bir neçə tikinti şirkəti ilə əlaqə saxlayıb. Özəl tikinti şirkətləri sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildiriblər. Onlar bu barədə Mərkəzi Bankdan göstəriş aldıqları qeyd edirlər.
Şirkət təmsilçiləri həmçinin müvafiq qadağanın onların işinə mənfi təsir göstərəcəyindən narahatdırlar.
Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın qərarı mənzil satışının xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Çünki, mənzil alıcılarının böyük əksəriyyəti maaş sistemi əsasında fəaliyyət göstərmirlər. Daha çox özəl biznes və şəxsi təsərrüfat sahələrində çalışanlar yeni tikililərdən kreditlə mənzil almağa üstünlük verirlər. Yüksək maaş alan şəxslər isə daha çox ipoteka kreditlərindən yararlanırlar.
Bu baxımdan Mərkəzi Bankın kredit qadağasının əmlak bazarına mənfi təsir edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, indiyədək əksər yerli tikinti şirkətləri mənzillərin kreditlə satışını daxili sənədləşmə əsasında həyata keçirirdilər. İş yerindən arayış isə tələb olunmurdu. Sənədləşmə minimumum 25 faiz ilkin ödəniş və tək şəxsiyyət vəsiqəsi ilə aparılırdı.