APA TV-nin məlumatına görə, «Brent» markalı neftin bir bareli 65,38 dollara qədər yüksəlib. Hazırda bu marka 64,97 dollardan satılır. Qərbi Texas nefti (WTI) isə 61,70 dollara qədər yüksələrək yenidən 61,09 dollara düşüb.
Bu gün ABŞ-ın neft ehtiyatlarının həcmi barədə rəsmi hesabatı açıqlanacaq. Ümumilikdə həftə ərzində ehtiyatların 3 milyon barel artması ehtimal olunur. Amerika Neft İnstitutunun hesabatına görə isə ehtiyatlar 907 min barel azalıb.
ABŞ-da ehtiyatların və istehsalın artması OPEK-in hasilatı azaltmaqla qiymətləri bahalaşdırmaq siyasətinin təsirini azaldır. Buna görə qiymətlərin ucuzlaşması və bu prosesin davam edəcəyi gözlənilir.