Vaxt.Az

41.2 milyardı necə dəyərləndirərdiz?


 

Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

41.2 milyardı necə dəyərləndirərdiz? 2018-ci ilin fevralın 22-nə olan göstəriclərə əsasən Azərbaycan Mərkəzi Bankının ehtiyatları 5 milyard 381.2 mln dollar təşkil edir.

Əgər AMB-nin valyuta ehtiyatları üzərinə Dövlət Neft fondunun ehtiyatlarını da əlavə etsək, valyuta ehtiyatlarımız təxminən 41,2 milyard dollar civarında (daha dəqiq 41,190,000,000) olur.

Bu rəqəm sizə nə deyir?

 

Xərclər

 

Əgər sizin 41,2 milyard dollarınız olsa, siz Almaniyada hərəsi 50 min dollar olan 823, 800 bir otaqlı mənzil  və ya Amerikada hər biri 700 min dollar olan 58,843 motosikl ala bilərsiniz.

Əgər Azərbaycan fiziki şəxs olsaydı, onda dünyanın ən zəngin insanları sırasında iqtisadi və maliyyə xəbərləri üzrə media şirkəti olan «Bloomberg»in qurucusu Mixail Bloomberqdən (Michael Bloomberg) (47,5 milyard dollar) və ən zəngin lüks mallarına sahib olan , Fransada yerləşən və 60 şirkətə malik olan LVMH-ın CEO-su olan Bernard Arnaultdan (41,5 milyard dollar) sonra «Google» portalının qurucusu və «Alphabet Inc.» Şirkətinin idarə heyətinin sədri Larri Peycdən (Larry Page) (40,7 milyard dollar) əvvəl on ikinci sırada yer alardı. Eyni zamanda Azərbaycanın ehtiyatları dünyanın ən zəngin adamı olan Bill Qeytsdən (Bill Gates) (86 milyard dollar) iki dəfə az olardı.

 

Yığım

 

Əgər siz ildə 100 000 dollar qənaət edib kənara qoya bilsəniz, 41,2 milyard dollar yığmaq üçün sizə 412,000 il lazım olacaq. Əgər siz hər il 20,000 dollar qazansaydınız, bu vəsaiti toplamaq üçün sizə 68 min ildən çox zaman lazım olacaq.

 

Kredit

 

Əgər valyuta ehtiyatlarımızı Azərbaycan Respublikasının əhalisi (9810,0) arasında bərabər bölsək, onda hərəyə 4,199 dollar pul düşəcəkdir.

Qeyd: 2018-ci il yanvarın 1-ə Azərbaycan dövlət neft fondunun aktivləri 2017-cı ilin əvvəlinə (33 147 milyon ABŞ dolları) nisbətən 8 faiz artaraq 35 809 milyon ABŞ dollarına bərabər olmuşdur.

 





22.02.2018    çap et  çap et