«Report»un analitik qrupu kriptovalyuta bazarında satışları dolların möhkəmlənməsi və qısa müddət ərzində bazarın kapitallaşmasının 2 dəfə artması ilə izah edir. Satışların daha 10-15 faiz davam edəcəyi, bazarın kapitallaşmasının 350 mlrd. dollara qədər geriləyəcəyi ehtimal edilir. «Bitcoin»in qiymətinin 8 500-8 700 dollara qədər geriləməsi istisna olunmur. Hazırda bitkoinin bazarda payı 39,3 faiz təşkil edir. Bazarın kapitallaşması isə 420 milyard dollara bərabərdir.
«Report»un analitik qrupu kriptovalyuta bazarında əsas hərəkətlənmənin yay aylarında olacağını proqnozlaşdırır və bazarın kapitallaşmasının 1 trilyon dolları ötəcəyini ehtimal edir.