- Qurultayın may ayında keçirilməsi barədə qərarın xüsusi səbəbi yoxdur. İlin 12 ayında ola bilərdi, may ayında olmağına qərar verildi. Bundan başqa mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının il döünümüdür. O ərəfədə keçirilməsi daha yaxşıdır.
- Bakı Şəhər İcra Hakimiyyətinin ayıracağı yer sizi qane etməsə, qurultayın Gürcüstan və ya Türkiyədə keçirilməsi yenidən müzakirə oluna bilərmi?
- Bu məsələ vaxtilə gündəmə gəlib müzakirə olunmuşdu. Biz bu fikrin müsbət və mənfi tərəflərini ölçdük. Gördük ki, indiki şəraitdə qurultayı başqa ölkədə keçirmək üçün müəyyən imkanlar istənilən səviyyədə deyil. Qurultay nümayəndələrinin hamısının ora getməyi müəyyən problemlər yaradır. Ona görə də mənə elə gəlir ki, bu məsələ gündəmdə deyil.
- Bəs, partiya başqanlığına namizədlər nə vaxt açıqlanacaq?
- Başqanlıq iddiasında olan adamlar var və onlar özləri vaxtı gələndə bunu açıqlayacaq. Müsavat Partiyasında belə ənənə var ki, seçkili orqanlara namizədlərin adları bir müddət əvvəl açıqlanır. Divana seçkilərdə də bu təcrübə həyata keçirilib. Qurultayda da yəqin ki, belə olacaq. Namizədlər əvvəlcədən öz idialarını irəli sürəcək və onların bu isiqamətdə təbliğat hüquqlarından da istifadə edəcəklər.
- İsa Qəmbərin yenidən başqa seçilmək ehtimalı varmı?
- Qurultay istənilən qərarı verə bilər, amma İsa bəyin öz fikri belədir ki, hətta qurultay nizamnamədəki maddəni dəyişsə belə o, öz namizədliyini irəli sürmək fikrində deyil.
- Belə olan təqdirdə İsa bəy partiyanın lideri kimi qala bilər?
- Bu, qurultayın qərarına bağlıdır. Orada nə qərar verilsə, elə də olacaq.