Bu barədə Bakupost.az-a Xəzər universitetinin ilahiyyatçısı Elmin Əliyev bildirib: «Orda öldürülən Azərbaycan vətəndaşları əsasən «Vəhabi», «Sələfi», «Xəvaric» cərəyanının nümayəndələridir. Bunların hamısı eyni cəbhədə deyil. Vəziyyət çox siyasiləşib. Bunların içərisində hərbi qruplaşmalar yaranıb. Ola bilər ki, xəvariclərin və ya digər cərəyanın nümayəndələri müəyyən fərdi siyasi qruplaşmaların içərisində bir-birinə qarşı döyüşür».
E.Əliyev hesab edir ki, Suriyada döyüşən azərbaycanlıların ölüm sayının artmasına səbəb də elə budur.