Vaxt.Az

Bazarda 1367 ədəd virtual pul dolaşır


 

Milyardlarla avro kripto valyutalar vasitəsilə «yuyulur»

Bazarda 1367 ədəd virtual pul dolaşır Hər il 3,4 və 4,5 milyard avro dəyərində çirkli pulların kriptovalyutalara yatırıldığı təxmin edilir. «Avropa Polis Təşkilatı» bu «qaranlıq trafiki» dayandırmağın yollarını axtarır. Kriptovalyutalar arasında ən tanınmışı «Bitcoin» olsa da, hazırda bazarda 1367 ədəd rəqəmsal pul dolaşır.

Dövriyyədə olan 7467 kriptovalyutanın ümumi bazar dəyəri isə 613 milyard dollardır. Bu bazarda transfer trafikini izləmək olduqca çətin olduğu üçün silah və narkotik ticarətində rəqəmsal pulların istifadəsi getdikcə artır. Bu pullara heç bir ölkənin mərkəzi bankı tərəfindən nəzarət olunmadığına görə, onların izlənilməsi də çətindir.

Kriptovalyutalar arasında son aylar ərzində yüksək artım tempi göstərən isə Monerodur. Artıq elektron ticarət portallarının əksəriyyəti bu kriptovalyuta ilə ticarətdən vergi tələb edir. Bundan başqa, ölkələrin əksəriyyəti artıq kredit kartları vasitəsilə «Bitcoin» də daxil olmaqla kriptovalyutaların alınmasına qadağa qoyublar. Ümumilikdə isə 8 milyon ədəd kredit kartı Avropa banklarının qərarı ilə elektron pul almaq imkanından məhrum edilib.

 





23.02.2018    çap et  çap et