Qrup üzvlərinin siyahısı məxfi olaraq müəyyən dövlət idarələrinə verilib. Suriyadan Ukraynaya gəlmiş terrorçuların məqsədi Rusiya ərazisinə keçərək orada terror törətməkdir.
Mənbənin söylədiyinə görə, onların arasında azərbaycanlı da var. Axtarışda olanlardan birinin adını dəqiqləşdirmək də mümkün olub. Bu, 1988-ci ildə Tərtərdə anadan olmuş H.L. adlı qadındır. 36 yaşlı bu azərbaycanlı qadının bir müddət Suriyada təlim və vuruşmalarda iştirak etdikdən sonra adı dəqiq bəlli olmayan radikal qruplardan birinin rəhbərliyinin tapşırığına əsasən Ukraynaya yollandığı bildirilir.
Bu mövzuda araşdırmalarımızı davam etdirməyə çalışacağıq.