Tədqiqatçılara əsasən, xüsusən də yeməklər arasında içilən turşulu içkilərə görə dişdə eroziya əmələ gələ bilər.
Alimlər hesab edir ki, yeməklər arasında qəlyanaltı edənlərin sayı artdıqca bu problem daha da kəskinləşir.
«King's College London» Universitetinin keçirdiyi araşdırmada diş eroziyasından əziyyət çəkən 300 pasient iştirak edib.
Alimlər meyvə şirələri, diet, şəkərli və təmli içkilərin tərkibində turşunun olduğunu bildirirlər.
Belə mayeləri ağızda mümkün qədər az saxlamaqla içmək tövsiyə olunur.
«Qəlyanaltı edərək bir alma yeyəcəksinizsə, həmin axşam tərkibində turşu olan başqa bir şey yeməməyə çalışın», - araşdırmanın müəllifi dr. Suirse O'Tule (Saoirse O'Toole) deyir.
«Əgər axşam bir badə şərab içəcəksinizsə, onda səhər meyvə çayından imtina edin.
Sadəcə qidalanmada balans saxlayın».
Tərkibində turşu olan içkilər hansılardır?
Alkoqol
Meyvə çayları
Dad əlavə edilmiş su
Meyvə şirələri
Diet içkiləri
Şəkərli içkilər
Tərkibində turşu olmayan içkilər hansılardı?
Su
Çay
Qəhvə
Süd
Qazlı su