Virtualaz.org «Alternativ Türkmənistan xəbərləri» portalına istinadən xəbər verir ki, yeni tələbləri rayon rəhbərliyinin (hakimliklərin), sanitar-epidemiologiya stansiyalarının və polisin nümayəndələrindən ibarət komissiyalar irəli sürür. İlk növbədə, komissiya üzvləri şəhərin mərkəzindəki mağazalara baş çəkiblər. Onlar qoyulan tələbi heç cür izah etmir və yalnız bildirirlər ki. «yuxarının göstərişidir».
Mənbəyə görə, 2016-cı ilin yayında Məhtimqulu prospektinin sakinlərindən də pəncərə şüşələrini qaraltmaq və pəncərələri açmamaq tələb olunmuşdu. O zaman bu tələb belə izah edilmişdi ki, həmin küçə «protokol» küçəsidir və ölkə prezidenti Qurbanqulı Berdıməhəmmədovun müntəzəm marşrutu buradan keçir.