Bundan əvvəl Tailandda 10-a yaxın rusiyalı «seks təlimatçıları»nın saxlanıldığı xəbər verilmişdi. Onlar Tailanddın kurort bölgəsi Pattayada qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olub seks-məşqlər keçirdikləri üçün saxlanıldıqları bildirilir. Taliand qanunvericiliyinə görə ölkə ərazisində xarici vətəndaşların qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olması 2 ilə qədər həbslə və cərimə ilə cəzalandırılır. Məlumata görə «Balıq Nastya» da daxil olmaqla saxlanılanlar müvəqqəti istintaq təcridxanasındadır, onların məhkəməyə çıxarılacaqları və rəsmi ittihamla üzləşəcəkləri gözlənilir.
Aleksey Navalnı «Nastya Rıbka»nın İnstagram səhifəsi ilə maraqlananda üzə çıxarmışdı ki, bu eskort qız əsasən oliqarxları ələ almaqla ixtisaslaşıb. Onun Kremlə yaxın milyarder-oliqarx Oleq Derpiaskanın yaxtasında Prezident Administrasiyası rəhbərinin müavini, xarici siyasəti kurasiya edən Sergey Prixodkonun da iştirakı ilə dəniz gəzintisinə çıxdığı barədə görüntülər Navalnıya səs-küylü internet araşdırması aparmağa imkan vermişdi. Navalnının «Rıbkageyt» adı alan bu araşdırmasına «YouTube»də milyonlarla adam baxıb. «Balıq Nastya» bu araşdırmadan sonra sürətlə populyarlaşıb və internetdə ən çox axtarılan personalardan birinə çevrilib. Oleq Deripaska isə onu «barəsində şəxsi məlumatları yaydığına» görə məhkəməyə verib. Prixodko isə qalmaqalla bağlı susub.