Salim Müslim əvvəllər PYD-nin (Demokratik Birlik Partiyasının) sədri olub.
O, ötən il istefa versə də, Suriyanın şimalındakı kürdlər arasında böyük nüfuza malikdir.
Türkiyə Daxili İşlər Nazirliyi ötən ay onu «ən təhlükəli terrorçular» siyahısına salıb. Salih Muslimin saxlanmasını PYD-də də təsdiqləyiblər.
Amma onun Türkiyəyə verilib-verilməyəcəyinin bilinmir.
Çexiya mətbuatının yazdığına görə, yerli polis sözçüsü Andrea Zoulova «Twitter»də yazıb ki, «Türkiyənin istəyi ilə İnterpol tərəfindən axtarılan şəxs saxlanıb, lazımi prosedurlardan sonra o, polis bölməsindəki kameraya yerləşdirilib».
Amma sözçü saxlananın adını açıqlamayıb.
Anadolu agentliyi yazır ki, Çexiya tərəfi Türkiyədən Salih Müslimlə bağlı sənədlər istəyib.
Hazırda Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyat keçirir və Türkiyə sərhədinə yaxın bölgələri kürd yaraqlılarından təmizləməyi hədəfləyib.