Son əməliyyat günü daha 41 terrorçu zərəsizləşdirilib, bir neçə strateji yüksəklik ələ keçirilib.
Döyüşlərdə bir hərbçi şəhid olub, Türkiyənin Afrində verdiyi şəhid sayı 33-ə çatıb.
Afrinin mərkəzinə bir neçə istiqamətdən hücum planlaşdıran TSQ birlikləri şəhərin şimal hissəsində birləşib. Bölgəyə Türkiyədən əlavə qüvvələr gətirilir.
Afrində mühasirəyə düşəcəyini anlayan PYD/YPG dinc sakinləri zorla təlimlərə cəlb edir.
Terror qruplaşmasının nəzarətdə saxladığı Raco və Cinderesdə döyüşmək istəməyən 30 üzvü edam edilib. Daxili çəkişmələr səbəbindən PYD/YPG bu bölgələrdəki komandirlərini dəyişib. Hüseyn Qabbar və Mani Agid adlı terrorçular müvafiq olaraq Raco və Cinderesdəki qruplaşmalara komandir təyin ediliblər.
Mövqelərini tərk edən terrorçulara Türkiyə hərbçilərinə və Azad Suriya Ordusu (ASO) döyüşçülərinə tələ qurmaq əmri verilib.
Terrorçular əldən verdikləri kəndlərdə PKK lideri Abdullah Öcalanın portretləri vurulan lövhələrə partlayıcılar quraşdırır.