Rubl dollar qarşısında 1.1 faiz dəyər qazanaraq Bakı vaxtı ilə 14:50-də 55.8793-ə gəlib və bir həftədən artıq bir müddətdir ən yüksək qazancını həyata keçirib.
MOEX Rusiya İndeksi 1.2 faiz yüksələrək rekord səviyyəyə çıxıb.
Rusiyanın ABŞ və Avropa ilə olan əlaqələrinin pisləşdiyi bir zamanda, Prezident seçkilərinə 3 həftə qalmış «Standard & Poors»un Rusiyanın reytinqini qaldırması beynəlxalq bir təşkilat tərəfindən nadir rast gəlinən addım olub.
Rəsmi məlumata görə, Rubl/Manat məzənnəsi 0,0304 səviyyəsinə qalxıb.
Rusiyanın maliyyə naziri Anton Siluanov verdiyi açıqlamada, «hazırda Rusiya 2 beynəlxalq agentlikdən spekulyativ olmayan reytinq alıb və bu pensiya fondları və sığorta şirkətləri kimi daha mühafizəkar təşkilatların ölkə istiqrazlarına investisiya qoymalarını təmin edəcəkdir» deyə bildirib.