Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.
«Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, «qara bazar»ı genişləndirir və ölkədə qeyri-sabitliyin artmasına səbəb olur», məlumatda deyilir. ABŞ vətəndaşları və təşkilatlarına «qara siyahı»ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib.