Kralın gəlişi katalon separatçılar tərəfindən etirazla qarşılanıb. Kralın gəlişi ərəfəsində küçələrə axışan «Azad Kataloniya» tərəfdarları onun avtomobil karvanına hücum ediblər.
İnsident zamanı 19 nəfər xəsarət alıb. Tədbirin sonunadək davam edən etiraz aksiyası polisin müdaxiləsindən sonra dağıdılıb.
Qeyd edək ki, bu, Kataloniyada baş verən noyabr hadisələrindən sonra İspaniya kralının bölgəyə ilk səfəridir.