Vaxt.Az

İçki içənlərin 4 qrupu var


 

Siz hansındasınız?

İçki içənlərin 4 qrupu var «The Conversation» saytı yazır ki, spirtli içkiləri bir çoxlarımız içirik, lakin bunu nə üçün etdiyimizi bilməyimiz olduqca mühümdür. Bu bizə spirtli içkilərlə münasibətimizin nə dərəcədə sağlam olduğunu, onun bədənimizə və səhhətimizə nə kimi dəyişikliklər gətirdiyini bilməmiz üçün lazımdır.

Bu da qeyd olunur ki, belə biliklər bizə içdiyimiz spirtli içkilərin qədərini azaltmaqda və nizamlamaqda kömək edə bilər. Ola da bilər ki, bu məlumatları bildikdən sonra içkidən ümumiyyətlə imtina edəsiniz.

Amma bəla da burasındadır ki, biz niyə içdiyimizi bəzən özümüz də bilmirik. Müşahidələr göstərir ki, bunu heç də hamı istəyərəkdən etmir.

Buna görə də alimlər - alkoqol ekspertləri spirtli içki içənləri onların motivasiyasına - məqsədlərinə görə 4 qrupa bölüblər.

«La Trobe» Universitetinin alkoqol araşdırmaları mərkəzinin direktoru Emmanuel Kuntske (Emmanuel Kuntsche) və professor Sara Kallinan (Sarah Callinan) bildiriblər spirtli içki içənlərin 4 qrupuna daxil olanların hər birinin içkidən gözlədiyi dəyişikliklər var. Bunu, içənlərin niyə içdiyi kimi də başa düşmək olar.

Alimlərin dedikləri dörd motivasiya qrupları bunlardır. Baxın görün (əgər əlbəttə içənsinizsə) siz hansı qrupdasınız.

Beləliklə dörd qrup aşağıdakılardır: coşqunluq və ya yaxşı əhval-ruhiyyə üçün içənlər, dözümlülük üçün içənlər, sosial-ünsiyyət məqsədi ilə içənlər və məclisin xətrinə-yoldaşlıq üçün içənlər.

 

Ünsiyyət üçün içənlər

 

Sosial məqsədlərlə içənlər adətən bunu dostları ilə keçən vaxtın daha da şən olması üçün edirlər. Bu adamlar heç vaxt tək içməzlər, amma məclislərdə, toyda-düyündə bir kənarda dayanmazlar.

 

Coşqunluq və ya cəsarət üçün içənlər

 

Coşqunluq üçün içənlər həm də fəal və şüurlu şəkildə sərxoş görünmək istəyənlərdir. Onlar alkoqolun verdiyi açıqlıq və cəsarətdən ləzzət alırlar. Amma bu adamlar həm də aqressiv və impulsiv, bir da riskıə gedən olurlar.

 

Dözümlülük üçün içənlər

 

Dərd, fikir və çətinliklərdən içənlər alkoqolun emosional problemlərin həllindəki köməyindən xoşlanırlar. Alimlərin fikrincə, bu qrupa daha çox qadınlar daxil olurlar. Bu qrupdakı insanların böyük bir ehtimalla həyatın başqa sahələrində də içki ilə bağlı problermləri olur.

Bu qrupdakıların əksəriyyəti doğrudan da depressiya və kədərlərini azaltmaq istəyirlər. Alimlər bildirirlər ki, alkoqol bu mənada həqiqətən də qısa müddətdə kömək edir, amma onun gətiridyi uzunmüddətli bəlalar daha pis və daha təhlükəlidir.

 

Etiket və ya protokol üçün içənlər

 

Bu qrupa daxil olanlar spirtli içkiləri ümumiyyətlə xoşlamasalar da, məclisin etiketinə uyğun olaraq içə bilərlər. Bu adamlar adətən şərabı və ya şampanı qurtumlayıb yerə qoyanlardır. Bu qrupa daxil olanlar çox az içirlər və heç vaxt təklikdə içməzlər.

 





26.02.2018    çap et  çap et