Vaxt.Az

Neft birjaları həftəyə yüksək qiymətlərlə başladı


 

Qara qızılı bahalaşdıran iki səbəb

Neft birjaları həftəyə yüksək qiymətlərlə başladı Xam neft yeni həftəyə bahalaşma ilə başlayıb. APA TV-nin məlumatına görə, buna başlıca səbəblərdən biri Liviyada əsas neft terminallarından birində ixracatın dayanmasıdır. OPEK ölkələri isə razılaşmanı gələn il də davam etdirmək niyyətindədir. Hər iki amil neftin dəyər qazanmasına səbəb olub.

Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih beynəlxalq neft istehsalının bazarı narahat etməyəcək bir formada azaldılacağını qeyd edib. Bununla belə ABŞ-da fəal neft quyularının sayının ardıcıl beşinci həftədir artması və 2015-ci ildən bu yana ən yüksək səviyyəyə yüksəlməsi, ümumilikdə bu ölkədəki neft istehsalı OPEK-in siyasətinə əsas təhdid olmaqda davam edir.

«Brent» markalı neft gecə saatlarında 67 dollar həddini keçib və hazırda 67,22 dollardan satılır. Qərbi Texas nefti (WTI) də bahalaşıb. WTI markası hazırda 63,84 dollardan təklif olunur.

 





26.02.2018    çap et  çap et