Vaxt.Az

«Atəşkəsə əməl edəcəksən!»


 

Putin Əsədə əmr verdi

«Atəşkəsə əməl edəcəksən!» «Suriya ordusu BMT Təhlükəsizlik Şurasının (TŞ) müvəqqəti atəşkəs qərarına əməl etməlidir». APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin təlimat verib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun açıqlamasında Dəməşq yaxınlığındakı Şərqi Qutada bu gündən etibarən 30 gün müddətində 5 saat ərzində atəşkəs qərarına riayət ediləcək.

Bundan əlavə, bölgədən çıxmaq istəyən dinc sakinlər üçün dəhliz açılacaq.

Xatırladaq ki, fevralın 24-də BMT TŞ Suriyada 30 günlük atəşkəs elan edilməsi ilə bağlı qərar qəbul edib. Suriyanın şimalında anti-terror əməliyyatları aparan Türkiyənin Xarici İşlər Nazirliyindən qərarı alqışladıqları bildirilib. Bununla belə rəsmi Ankara son 3 gün ərzində Afrində PYD/YPG-nin həmçinin Suriya ordusunun atəşkəsə əməl etmədiyini bəyan edib.

 





27.02.2018    çap et  çap et