IEA rəhbəri qeyd edib ki, ABŞ-da şist neft hasilatı güclü templə artır: «Çox yaxında ABŞ əsas neft istehsalçısına çevriləcək».
Xatırladaq ki, ABŞ-da neft hasilatı 10-16 fevral həftəsində 10,27 milyon barel/günə çatıb. Bununla da ABŞ Səudiyyə Ərəbistanını ötərək Rusiyaya yaxınlaşıb. IEA fevral hesabatında ABŞ-ın orta illik neft hasilatının 2017-ci illə müqayisədə 1,26 milyon barel/gün və ya 13,5 faiz artaraq 10,59 milyon barel/günə çatacağını bildirib.
F.Birol 2020-ci ilə qədər ABŞ-da neft hasilatının pik həddə çatmayacağını qeyd edib. Yaxın 4-5 ildə ABŞ-da neft hasilatının azalması müşahidə olunmayacaq.
IEA başçısı Kanada və Braziliya kimi ölkələrdə də hasilatın artacağını proqnozlaşdırır. Bu iki ölkə həmçinin neft bazarında güclü hərəkətverici qüvvə olacaq.