Vaxt.Az

... Dollar bahalaşdı


 

FED-in yeni sədri «davam edirik» dedi, ...

... Dollar bahalaşdı ABŞ Mərkəzi Bankının (FED) yeni sədri Cerom Pauellin (Jerome Powell) Konqresdəki ilk pul siyasəti təqdimatının mətni açıqlanıb.

FED sədri iqtisadi mənzərənin güclü olduğunu, maliyyə bazarlarındakı son oynaqlığın iqtisadiyyat üzərində təsiri olmayacağını, bu mənada faizlərin mərhələli artırılmasının davam edəcəyini bildirib

Bu gün ABŞ Konqresində ilk təqdimatını edəcək Pauell, qarşıdakı bir neçə ildə pul siyasətini tarazlaşdırmaq baxımından FOMC-ın həddindən artıq «isinmiş» iqtisadiyyatdan çəkinməklə PCE inflyasiyanı 2 faizə çıxarmaq arasında tarazlıq təmin etməyə davam edəcəyini bildirib.

FED-in pul siyasətini müəyyənləşdirən FOMC-ın riskləri balanslı olaraq gördüyünü bildirən Pauell, maliyyə siyasətinin daha dəstəkləyici və ABŞ-ın ixracında xarici tələbin daha güclü gedişatda olduğunu deyib.

Bazarlarda son yaşanan təlatümə ilə bağlı olaraq, Pauell, «Birjalardakı son geriləmə və yüksələn istiqraz faizləri iqtisadi artıma mənfi təsir göstərməyəcəkdir. Bu proseslərin iqtisadi fəallığa, məşğulluq bazarına və inflyasiyaya əhəmiyyətli bir təsir göstərmədiyini görürük» şəklində şərh edib.

Pauell inflyasiyanın bu il yuxarı istiqamətli hərəkət etməsini gözlədiklərini və orta perspektivdə FOMC-ın 2 faizik hədəfinə yaxın səviyyələrdə stabiləşəcəyini bildirib.

Pauellin çıxışından sonra Dollar bahalaşıb. Bakı vaxtı ilə saat 18:00-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 1.2285 səviyyəsinə düşüb.

FED-in bu il ilk faiz artımını mart ayında həyata keçirəcəyinə qəti gözlə baxılır.

FED-in iqtisadiyyat və inflyasiyadakı yaxşılaşmaya bağlı olaraq proqnozlardan daha sürətlə faiz artıracağı gözləntiləri ötən həftələrdə maliyyə bazarlarının kəskin reaksiya verməsinə səbəb olmuşdu.

 





27.02.2018    çap et  çap et