Vaxt.Az

5 milyard mənimsəyib


 

«Bitcoin»in yaradıcısına dələduzluq ittihamı

5 milyard mənimsəyib Özünü «Bitcoin» kriptovalyutasının yaradıcısı elan etmiş və daha çox Satoşi Nakamoto adı ilə tanınan Kreyq Rayt külli miqdarda dələduzluqda ittiham olunur.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o, partnyoru olan və 2013-cü ildə vəfat etmiş Devid Kleymanın imzasını saxtalaşdırmaqla 5 milyard dollar həcmində «Bitcoin»u ələ keçirdiyi bildirilir.

Sonuncunun ailəsi iddia edir ki, K.Rayt Devid Kleymanın əvəzinə müvafiq sənədləri imzalamaqla göstərilən məbləğdəki aktivlərdən istifadə hüququ əldə edib.

Qeyd edək ki, hazırda D.Kleymanın hüquqi varisləri 300 min «Bitcoin»u qanunsuz ələ keçirməkdə ittiham etdikləri K.Rayt barəsində məhkəməyə müraciət etməyə hazırlaşır.

 





27.02.2018    çap et  çap et