«Carrizo Oil & Gas Inc» şist nefti üçün quyuların qazılması xərclərinin artdığı barədə xəbərdarlıq edib.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi ölkələri (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmaları ilə əlaqədar olaraq bu il 6 faiz yüksəlib.
«Bank of America»dan Fransisko Blanç, xam neftə tələbatın ən azı 2020-ci ilin sonuna qədər güclü olacağını və bunun da xam neftin spot qiymətlərini fyuçers qiymətlərin üzərinə çıxaracağını qeyd edib.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) «Nymex» birjasında 63.95 dollardan, «Brent» nefti «Londonda ICE Futures Europe» birjasında 67.49 dollardan alıcı tapıb.