Vaxt.Az

Almaniyada dizel maşınlar ucuzlaşacaq


 

Ali Məhkəmə havaya atılan tullantı qazların çoxalması səbəbindən qərar verdi

Almaniyada dizel maşınlar ucuzlaşacaq Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib. Məhkəmənin qərarına əsasən, iri şəhərlər havanı kəskin zəhərləyən dizel avtomobillərini qadağan edə bilərlər.

Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə səbəb olacaq. Avtomobil istehsalçıları isə maşınların modifikasiyalarına bahalı dəyişikliklər etməli olacaqlar.

Analitiklər bildirir ki, Leypsiq məhkəməsinin qərarı Avropada avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək. Qeyd edək ki, son aylar burada normativlərin dəyişməsi və geniş yoxlamalar səbəbindən dizel maşınlarının satışı aşağı düşməkdədir.

Qeyd edək ki, bir neçə il əvvəl «Volkswagen» avtomobillərinin havanı normadan artıq çirkləndirdiyi ortaya çıxıb. Bundan sonra məşhur ekoloji təşkilat olan «DUH» Avropada havanın çirklənməsin normativləri ilə bağlı məhkəməyə müraciət edib.

Bu qalmaqal bütün dünyada siyasətçiləri məcbur etdi ki, onlar dizel yanacağından havaya atılan tullantı qazlarına diqqət etsinlər. Bu qazların tərkibində azot oksidləri var, hansı ki, respirator xəstəlikləri yaradır.

Hazırda Almaniyada 15 milyon dizel avtomobili var. Ekoloqlar bildirir ki, məhz bu səbəbdən alman şəhərlərində havanın çirklənməsi normativlərdən artıqdır. Bu vəziyyət azı 90 şəhərdə var.

 





27.02.2018    çap et  çap et