Vaxt.Az

TSQ generalları bölgəyə gəldi


 

PYD/YPG-nin Türkiyə sərhədi ilə təması kəsildi

TSQ generalları bölgəyə gəldi «Zeytun budağı» əməliyyatının 39-cu günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2083-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Son əməliyyatla Suriyanın şimalında böyük yaşayış məntəqələri - Raco və Bülbül qəsəbələri arasındakı xətt birləşib, bununla da terrorçuların Türkiyə sərhədi ilə təması kəsilib.

Türkiyə ərazisindən əlavə qüvvələrin yeridilməsi ilə daha üç kənd - Kurmanlık, Aşağı və Yuxarı Sinara PYD/YPG-dən təmizlənib. Nəzarətə götürülən kəndlərin sayı 115 olub.

Bu istiqamətdə gedən döyüşlərdə 58 terrorçu sağ ələ keçirilib.

Terrorçuların mövqe tutduğu yüksəkliklər isə tank və toplardan  davamlı olaraq atəşə tutulur.

Bölgədə quru əməliyyatlarının davam etdirilməsi əlverişsiz hava şəraiti səbəbindən ləngiyir. İntensiv yağışlar, qatı dumanla müşayiət olunur.

Meşəlik ərazilərdə mövqe tutan Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri PYD/YPG-nin əlində olan artilleriyadan atəşə məruz qalır. Bu səbəbdən meşəlik ərazilərdə yanğınlar başlayıb.

Bu arada TSQ Baş Qərargah rəisi və bir neçə general Türkiyə-Suriya sərhədinə gəlib. Generallar Afrinin mərkəzinə hücum planını gözdən keçirəcək.

 





28.02.2018    çap et  çap et