Vaxt.Az

Bazar ABŞ-ın təsiri altında


 

Dollar bahalaşdı, neft ucuzlaşdı

Bazar ABŞ-ın təsiri altında ABŞ-da özəl sektorun açıqlamasına görə, ehtiyatların artması və dolların bahalaşması qarşısında xam neft dəyər itirib. APA TV-nin məlumatına görə, Amerika Neft İnstitutu həftə ərzində ölkədə xam neft ehtiyatlarının 933 min barel artdığını açıqlayıb. Rəsmi hesabat isə bu gün açıqlanacaq. Əgər bu hesabatla artım təsdiqlənərsə ucuzlaşmanın davam edəcəyi gözlənilir.

OPEK ölkələri hasilatın məhdudlaşdırılması razılaşmasına əməl edir, Liviyada istehsalda büdrəmə var, Venesuelada isə qeyri-sabitlik qiymətlərə müsbət təsir edən amillərdir.

Bununla belə ABŞ-da qaya neftinin və fəal quyuların sayının artması, ehtiyatların çoxalması qiymətlərin ucuzlaşmasına daha ciddi təsir edir. Hazırda neft bazarı ABŞ-dan gələn hesabatlara uyğun hərəkət edir.

«Brent» markalı neft gün ərzində 1 dollar ucuzlaşıb, hazırda 66,22 dollardan satılır. Qərbi Texas nefti (WTİ) isə 1 dollardan da çox ucuzlaşaraq 62,66 dollardan təklif olunur.

 





28.02.2018    çap et  çap et