Bildirilir ki, Türkmənistanda kəskin un qıtlığı və unun qiymətinin sürətlə bahalaşması səbəbindən hətta mal-qara və quş yemi üçün nəzərdə tutulmuş yarmaya da tələbat artıb.
Hazırda Daşoğuz vilayətinin dövlət ərzaq mağazalarında əhaliyə un talonla, ailədəki yetkinlik yaşına çatmış şəxslərin sayına uyğun və hər adama ayda 5 kiloqram olmaqla satılır. Lakin bunun üçün azı beş dövlət idarəsindən arayış gətirmək tələb olunur, ailədəki uşaqlar isə hesaba alınmır.
Üstəlik hazırda mağazalarda əhaliyə 2008-ci ildə istehsal olunmuş və istifadə müddətini çoxdan başa vurmuş un satılır. Sakinlər deyirlər ki, həmin undan pis qoxu gəlir. Bu xarab onu almaq üçün isə 10-15 gün növbə gözləmək lazımdır.
Xatırladaq ki, qaz ehtiyatları ilə zəngin Türkmənistanda milli valyuta olan manatın dollara nisbətdə rəsmi məzənnəsi ilə qara bazar məzənnəsi arasında 3 dəfəyədək fərq var. Hazırda 1 dollar qara bazarda 12-14 manatdır. Valyuta qıtlığı səbəbindən Türkmənistana ərzaq idxalı çətinləşib.