Vaxt.Az

«Neftçi»də «təmizləmə» başladı


 

Klubun akademiyasında islahatlar qaçılmazdı

«Neftçi»də «təmizləmə» başladı «Neftçi»nin yeni prezidenti Kamran Quliyev islahatlara başlayıb. O, dünən 2 işçini postundan uzaqlaşdırıb.

Adlar hələ açıqlanmır. Amma vəzifəsindən azad olunan hər 2 şəxs klubun akademiyasının üzvləridir. Yaxın günlərdə siyahı daha da genişlənəcək.

Son illər fəaliyyətində ciddi geriləmə olan akademiyada islahatlar qaçılmazdı. Çünki burada həddindən çox təsadüfi adam toplaşıb. Onların işi isə «Neftçi» kimi klubun tələblərinə cavab vermir. Bu səbəbdən yeni rəhbərliyin «təmizləmə»yə buradan başlaması gözləniləndi.

Ümumiyyətlə, yaya kimi klubda çox proseslər baş verəcək. İşçi sayında ciddi ixtisarlar həm də büdcəyə qənaətə, maliyyənin daha vacib sahələrə yönəldilməsinə xidmət edəcək.

 





28.02.2018    çap et  çap et