Vaxt.Az

Zərif Münhen aeroportunda «girov» qaldı


 

ABŞ şirkətləri İran XİN rəhbərinin təyyarəsinə yanacaq vurmadı

Zərif Münhen aeroportunda «girov» qaldı Almaniyaya səfər edən İran XİN rəhbəri Cavad Zərifin təyyarəsinə şirkətlər yanacaq doldurmaqdan imtina edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Münhen hava limanında fəaliyyət göstərən ABŞ-a məxsus şirkətlər Cavad Zərifin təyyarəsinə yanacaq vurmaq istəməyib.

ABŞ-ın İrana qarşı sanksiyaları tətbiq etdiyini bəhanə gətirən şirkətlər bunun ölkələrinin qanunvericiliyinə zidd olduğunu bildiriblər.

Münhen Təhlükəsizlik Şurasının sədri Volfhanq İşinger mediaya açıqlamasında məsələnin böyük çətinliklə həll olunduğunu bildirib.

«Məsələni Almaniya Hava Qüvvələri həll etdi. Alman əsgərləri Cavad Zərifin təyyarəsinə öz şəxsi anbarlarından 17 min litr yanacaq doldurdular», - deyə, yerli mətbuat orqanları məlumat yayıb.

Xatırladaq ki, Almaniyadan Moskvaya uçmağı planlaşdıran nazir gələcəkdə Qərb ölkələrinə səfər etməkdən imtina edəcəyi barədə fikirlər söyləyib.

 





28.02.2018    çap et  çap et