Vəliəhd şahzadə Məhəmməd ibn Salman Səudiyyə Ərəbistanında daha bir yeniliyə imza atıb. Ölkənin mühafizəkar imicini dəyişmək məqsədilə ilk dəfə qadın və kişilər caz festivalına qatılıblar. Festival ölkənin paytaxtı Ər-Riyadda keçirilib.Bu tədbir həm də ölkədə keçirilən ilk caz festivalı kimi yadda qalıb. Festivala xarici vətəndaşlar da maraq göstərib. Belə ki, Livanın paytaxtı Beyrutdan və ABŞ-ın Orlean şəhərindən turistlər iştirak ediblər.
Gender bərabərliyinə əsaslanan islahatlar ölkədə sürətlə inkişaf etsə də, məhdudiyyətlər hələ də davam edir. Caz festivalı zamanı qadın və kişilər ayrı-ayrı hissələrdən festivalı izləyiblər.
çap et