Vaxt.Az

Təhsil işçilərinin maaşı artdı


 

Prezident sərəncam imzaladı

Təhsil işçilərinin maaşı artdı Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarını artırıb. Vaxt.az xəbər verir ki. Ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda deyilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

 

1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin».

 





28.02.2018    çap et  çap et