İqtisadiyyatın ən böyük hissəsini təşkil edən şəxsi istehlak bu dövrdə 3.8 faiz artıb, proqnoz 3.6 faiz idi. Baza PCE 4-cü rübdə proqnoza paralel olaraq 1.9 faiz artıb.
İqtisadiyyat ötən ilin 3-cü rübündə 3.2 faiz artmışdı. Aşağı istiqamətli dəyişikliyə baxmayaraq, bugünkü fakt iqtisadiyyatın 2017-ci ili güclü başa vurduğunu göstərir.
İqtisadiyyatın bu ilin ilk rübündə mövsümi təsirlərlə zəifləyəcəyi, 2018-in qalanında isə vergi gözəştləri və artan dövlət investisiyalarının təsirilə yüksəlməsi gözlənilir.
FED-in yeni sədri Cerom Pauell dünən ABŞ Konqresində təqdimatında Dekabr ayından bu yana iqtisadiyyatının gücləndiyini ifadə etmiş, bu da FED-in 2018-də 3 əvəzinə 4 dəfə faiz artıracağına dair ehtimalları qüvvətləndirmişdir.
Dollar mühüm valyutalar qarşısında bahalaşmaqda davam edir. Artıq Avro/Dollar məzənnəsi 1.22-dən də aşağı düşərək 1.2190 səviyyəsinə gəlib.