Vaxt.Az

Üç həftədə 4 min nəfər ölüb


 

Suriyada hər gün 200 nəfər qurban gedir

Üç həftədə 4 min nəfər ölüb Suriyanın İnsan Haqları Təşkilatının məlumatına əsasən, son üç həftə ərzində ölkədə hər gün 200-dən artıq insan həyatını itirib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri və üsyançılar Cenevrədə keçirilən sülh danışıqlarında mövqelərini möhkəmləndirmək üçün nəzarətlərində olan əraziləri genişləndirməyə cəhd edirlər.

Hazırda hökumət qüvvələri müxalifətin nəzarətində olan və Livanla sərhəddə yerləşən Yabrud şəhərini mühasirədə saxlayır. Hərbi təyyarələr şəhəri bombardman edib.

 





13.02.2014    çap et  çap et