Vaxt.Az

«Exxon» «Rosneft»lə birgə layihələrdən çıxır


 

ABŞ şirkəti 500 milyard dollar sərmayə qoyacaqdı

«Exxon» «Rosneft»lə birgə layihələrdən çıxır «Exxon Mobil Corp.» Rusiyanın «Rosneft» dövlət şirkətiylə birgə layihələrdən çıxdığını elan edib və ABŞ və Avropanın Rusiyaya sanksiyalarını əsas gətirib.

Fevralın 28-də açıqlanmış bu addım Birləşmiş Ştatların ən böyük neft şirkətinin sanksiyalarla mübarizədə geri çəkildiyini göstərir. ABŞ sanksiyaları Rusiyanın Ukraynaya 2014-cü il təcavüzündən sonra qoyub.

«Exxon»a Birləşmiş Ştatların dövlət katibi Reks Tillerson rəhbərlik edirdi. Şirkət əvvəl iddia edirdi ki, ədalətsiz şəkildə ABŞ şirkətlərini cəzalandırır, xarici rəqiblərinə – Çinin böyük neft şirkətlərinə Rusiyada açıq işləmək imkanı verir. Rusiya dünyanın ən böyük neft hasilatçısıdır.

«Exxon» 2013-cü ildə «Rosneft»lə Rusiyada Arktik Dənizindən Qara Dənizədək bir çox neft yataqlarının işlənməsi üzrə razılaşma əldə edib. Bu, Tillersonun şirkətə rəhbərlik etdiyi 11 il ərzində ən böyük uğuru sayılırdı.

Rusiya prezidenti Vladimir Putin bu sövdələşməyə şəxsən xeyir-dua vermişdi. İki şirkət birgə layihələrə 500 milyard dollar xərcləməyi planlaşdırırdı.

«Exxon» fevralın 28-də yaydığı bəyanatda bildirir ki, ən böyük istismar regionundan çıxmaq qərarını ötən ilin sonunda – ABŞ Rusiyaya sanksiyaları genişləndirən zaman verib.

Korporasiya layihələrdən çıxmaqdan dolayı ötən ilin dördüncü rübündə 200 milyon dollarlıq itki hesabladığını bildirib.

 

2 milyon dollar cərimə

 

ABŞ Dövlət Departamenti, Xəzinədarlıq Departamenti və «Rosneft» «Exxon»un açıqlamasına, hələlik, münasibət bildirməyib.

ABŞ və Avropanın Rusiya neft şirkətlərinə sanksiyaları mövcud biznes razılaşmalarının davam etdirilməsinə imkan verirdi. Amma «Exxon» bu sanksiyaların getdikcə onun layihələrini əngəllədiyini bildirir.

Şirkət son açıqlamasının nəhəng Saxalin neft və təbii qaz qazma layihəsinə aid olmadığını bildirib.

Ötən il sanksiyalara «Rosneft» rəhbəri İqor Seçin də daxil edilib.

Sanksiyalar ABŞ vətəndaşları və şirkətlərinə qara siyahıda olanlarla iş görməyi qadağan edir. «Rosneft»in özünə də məhdud sanksiyalar qoyulub, yəni amerikanlara bu şirkətlərə bəzi tranzaksiyalar gerçəkləşdirməyə icazə verilir.

ABŞ hökuməti «Exxon»u «Rosneft»lə razılaşdırdığı birgə layihələrə görə 2 milyon dollar cərimələmişdi. Hökumət bu razılaşmanın 2014-cü ildə sanksiyalar qoyulandan sonra gerçəkləşdiyini, şirkətin sanksiyaları gözardı etdiyini bildirib.

«Exxon» isə sövdələşmənin sanksiyalardan öncəyə düşdüyünü bildirir, hökumətin qərarından məhkəmələrə şikayət vermişdi.

 





01.03.2018    çap et  çap et