Azərbaycanın 2018-ci il və növbəti illərdə dövlət büdcəsi kəsirsiz ola bilər. Vaxt.az-ın məlumatına görə, bunu «Fitch Ratings» beynəlxalq reytinq agentliyinin inkişaf etməkdə olan Avropa ölkələrinin suveren reytinqi üzrə direktoru Ameli Ru deyib.O qeyd edib ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri kifayət qədər aşağı idi:
«Bu da 2018-ci il və növbəti illərdə büdcənin kəsirsiz icrasını proqnozlaşdırmağa imkan verir».
çap et