İddiada göstərilir ki, «2006-cı ildən qüvvədən olan telekommunikasiya şirkətlərinin müştərilərinin şəxsi məlumatlarının toplanması haqqında proqram ABŞ Konstitusiyasına dördüncü düzəlişi pozur».
Rend Pol bəyan edib: «Bu işin ABŞ Ali Məhkəməsinə qədər gedib çıxacağını gözləyirəm və qabaqcadan deyirəm ki, Amerika xalqı qalib gələcək».
Şikayətçinin iddiasına görə, onun əsas məqsədlərindən biri ABŞ-ın ali məhkəmə instansiyası tərəfindən dördüncü düzəlişin mənasının müasir izahının verilməsidir. Senator əmindir ki, «nəticədə Ali məhkəmə dördüncü düzəlişin nə demək olduğunu müəyyən edəcək».