Virtualaz.org-un hadisə yerində olan əməkdaşı bildirir ki, aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə dövlətimizin başçısına məlumat veriblər.
***
11:17
Bu dəqiqələrdə prezident İlham Əliyevin Xətai rayonu ərazisində güclü yanğının baş verdiyi Narkoloji Dispanserin ərazisinə getdiyi bildirilir.
Məlumatı «Report» yayıb.
Əməkdaşımız hadisə yerindən bildirir ki, prezidentin gəlişi ilə bağlı ərazidə təhlükəsizlik tədbirləri daha da gücləndirilib, yollar boşaldılıb. Dispanserin ətrafına toplaşanlar, o cümlədən jurnalistlər ərazidən kənarlaşdırılıb.