Vaxt.Az

25-dək ölü var


 

Respublika Narkoloji Mərkəzində dəhşətli yanğın

25-dək ölü var Səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA TV-nin xəbərinə görə, 30-dan artıq pasiyent yanan binadan təxliyə olunub. Yanğın zamanı xəsarət almış şəxslərdən dördü xəstəxanalara yerləşdirilib. Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 25-dək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyi saat 08:18-də yanğının məhdudlaşdırıldığı barədə məlumat yayıb. Yanğının yayılma təhlükəsi yoxdur.

 





02.03.2018    çap et  çap et