Belə ki, səhər tezdən Eyyub Kərimovun həyat yoldaşı və qızı işə gediblər. O, evdə tək qalıb. Axşam həyat yoldaşı evə qayıdanda onun meyitini hamamda aşkarlayıb. Baş redaktorun günorta saatlarında keçindiyi təxmin edilir. Onun cənazəsi dəfn olunmaq üçün doğulduğu Qax rayonunun İlisu kəndinə yola salınıb.
***
16:01
«Sputnik» xəbər verir ki, «Femida» qəzetinin baş redaktoru Eyyub Kərimovun meyitini onun həyat yoldaşı gecə saat 2 radələrində mənzilin hamam otağında aşkarlayıb.
Hazırda hadisə yerində polis və prokurorluq əməkdaşları işləyir.
Hadisənin təfərrüatları araşdırılır.
***
15:15
Bakıda baş redaktor dəm qazından boğulub ölüb.
«Trend»in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, «Femida» qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.
E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.
Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.