Vaxt.Az

Orta məktəblərin statusu dəyişdirilir


 

Sənəddə həmçinin müəllim-şagird münasibətləri öz əksini tapacaq

Orta məktəblərin statusu dəyişdirilir «Milli Məclisin Elm və Təhsil komitəsinin 2018-ci il qanunverici işlər planına «Orta ümumtəhsil məktəbləri haqqında» yeni qanun layihəsinin hazırlanması daxil edilib. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan təhsilinə öz müsbət töhfəsini verəcək».

Modern.az xəbər verir ki, bunu AzEDU-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyil.

Deputat bildirib ki, yeni qanun layihəsində orta ümumtəhsil məktəblərinin statusu müəyyənləşəcək.

«Azərbaycanda gimnaziya, özəl, dövlət orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Yeni qanun layihəsində isə bunların statusu müəyyənləşəcək. Bu sənəddə həmçinin müəllim-şagird, müəllim-cəmiyyət münasibətləri öz əksini tapacaq.

Bundan əlavə, yeni qanun layihəsində özəl ümumtəhsil məktəblər barədə xüsusi müddəalar olacaq».

 





03.03.2018    çap et  çap et