Vaxt.Az

Siyavuş Novruzov Söyün Sadıqova «axsaq keçi» dedi


 

«Hər kəs ona baxanda alverçi olduğunu görür»

Siyavuş Novruzov Söyün Sadıqova «axsaq keçi» dedi YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin («AzərRos») prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) təsisçisi Söyün Sadıqovun son günlər hakimiyyətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.O, azNews.az-a açıqlamasında deyib ki, bu cür adamların birdən-birə azərbaycanlılar haqqında danışması Azərbaycan dövlətinə ləkə gətirir. Onun sözlərinə görə, S.Sadıqov Rusiya vətəndaşıdır və onun Azərbaycana heç bir aidiyyəti yoxdur. S.Sadıqovun heç zaman azərbaycanlıların hüququnu müdafiə etmədiyini diqqətə çatdıran S.Novruzov deyib: «Söyünün mərifətli bir adı belə yoxdur. Mən bu adama baxanda düşünürəm ki, Sadıqov dükan arxasından indi çıxıb gəlir və Azərbaycanın adından ermənilərlə danışıqlar aparır. Sadıqov gedib özünə, təfəkkürünə, dünya görüşünə baxsın. Ona baxan kimi hər kəs onun alverçi olduğunu görür».
YAP-çı millət vəkili S.Sadıqovun diaspora haqqında söylədiyi fikirlərə də toxunub: «Ötən dəfə S.Sadıqovun diaspora haqqında söylədiyi fikirlərə baxıram. Bu adam hələ diasporun nə olduğunu bilmir. Bu adamın düşüncə tərzi və ağılı çox aşağıdır. Bu adamın diaspora anlayışından belə xəbəri yoxdur. Sadıqov hələ bilmir ki, diaspora təkcə Azərbaycan vətəndaşı olmur, hər millətdən, vətəndaşdan ola bilər. Bu cür təfəkkürə malik olan Sadıqov hələ utanmadan gedib ermənilərlə danışıqlar da aparır. Bunun ipini elə burublar ki, hələ özü də nə işlə məşğul olduğunu qanmır. Artıq onun yanındakı adamlar da oradan ayrılırlar. Sadıqov səviyyəsində adamın yanında olmağın özü bir xəcalətdir. Sadıqov xaş yeməkdən başı da xaşa oxşayır».
Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə də toxunan S.Novruzov bildirib ki, hazırda Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur: «İki ölkə arasında münasibətlər normal vəziyyətdədir. Sadəcə olaraq S.Sadıqov kimi «axsaq keçilər" aranı qarışdırmaq istəyirlər».
 





01.02.2013    çap et  çap et