Vaxt.Az

2 qələbə 1 bərabərlik


 

Dünya çempionunu məğlub edən Şəhriyar Məmmədyarov lideridir

2 qələbə 1 bərabərlik Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub. Bu gün sürətli şahmat üzrə 3 tur oynanılıb.

Otuz üç yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.

Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq.

Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq.

 





03.03.2018    çap et  çap et