Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, amerikalı lider ÇXR sədri Si Tszinpinin ideyasını bəyənib: «İndi o (Çin lideri Si Tszinpin), həyatının sonuna kimi sədrdir. Ömrünün axırına kimi sədr. Yox, o əsrarəngizdir. Baxın, o, bunu bacardı. Düşünürəm ki, bu möhtəşəmdir. Ola bilsin ki, biz də bunu nə vaxtsa sınaqdan keçirməliyik», - bu sözləri Tramp şənbə günü Floridada keçirilən qapalı vəsait toplanışı vaxtı deyib.
Fevralın 26-da Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumu ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi barədə təklifləri müzakirə edib. Güman olunur ki, mart ayında keçiriləcək Ümumçin xalq təmsilçiləri yığıncağının sessiyasında bir nəfərə Çin sədri vəzifəsini iki müddətdən artıq tutmağa imkan verən düzəlişlər qəbul ediləcək. Bu dəyişikliklər imkan yaradacaq ki, Çin sədri Si Tszinpin 2023-cü ildə vəzifəsini tərk etməsin.