Vaxt.Az

... Neft qiymətləri qalxdı


 

Liviyada istehsal dayandı ...

... Neft qiymətləri qalxdı Neft qiymətləri, Liviyanın ən böyük neft sahəsində istehsalın dayanması ilə əlaqədar olaraq yüksəlib. Liviyada etirazlar səbəbindən Sharara neft sahəsində hasilat dayanıb.

Digər tərəfdən, «Baker Hughes»ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft quyusu qazan qurğuların sayı təxminən son 3 ildə ilk dəfə 800 səviyyəsinə çatıb.

Analitiklər bildirirlər ki, neft qiymətləri Liviyada istehsalın dayanmasına reaksiya verir. Liviyadakı risklərin azalacağı hesab edilirdi, ancaq vəziyyət düzəlmir. Şarara sahəsində hasilat yenidən başlasa belə, digər bir sahədə istehsalın dayanması riski var.

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 0,5 faiz bahalaşaraq 61.75 dollara, «Brent» nefti 64.87 dollara qalxıb. Neft qiymətləri keçən həftə 4.4 faiz düşüb.

ABŞ-da artmaqda olan istehsal, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu tərəfdaşlarının hasilatlarını azaltmaq səylərinə mənfi təsir göstərir. Neft qiymətləri bu ilin Yanvar ayında çatdığı ən yüksək səviyyəsinə yenidən çıxmaqda çətinlik çəkir. ABŞ Prezidenti Donald Tramp, keçən həftə dəmir və alüminiuma gömrük vergisi qoyulacağını açıqlayıb və bu açıqlama, mümkün bir ticarət müharibəsinə dair narahatlıqlara görə bütün dünyada bazarlarda dalğalanma yaradıb.

 





05.03.2018    çap et  çap et