Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevə yeni vəzifə verilməsi xəbəri təsdiqlənib.Azər Sarıyev mətbuata «Avrasiya»
qəzetində tərcüməçi işləməklə gəlib, sonra həmin redaksiyada siyasət müxbiri
kimi çalışıb. Bu 1997-1998-ci illərdə olub. 1998-1999-cu illərdə «Ekspress»
qəzetində siyasət və parlament müxbiri işləyib. Daha sonra «Palitra» qəzetində
baş redaktor olub (1999-2003). «Millət», Hürriyyət», «Kaspi» qəzetləri, «Azadinform»
İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.
6 il jurnalistikada (3 il reportyor, 3 il baş redaktor) işlədikdən sonra
2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə
gətirilib. Son təyinatadək MSK-da çalışırdı.
Azər Sarıyevə yeni vəzifə verilməsi xəbərini ilk olaraq axar.az yaymışdı.
çap et