Bu gün Şura katibliyinin əməkdaşları başladıqları aksiya çərçivəsində Xocalı abidəsini ziyarət ediblər.
Xatırladaq ki, Şura katibliyinin əməkdaşları UEFA-nın və «Qalatasaray» komandasının e-mail ünvanlarına müraciət göndəriblər.
Müraciətdə xahiş olunur ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 26-da keçiriləcək «Qalatasaray» - «Çelsi» qarşılaşmasında 26 fevral Xocalı soyqırımının anım günü türkiyəli futbolçular meydana qollarına qara lent bağlayaraq çıxsınlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev katibliyin əməkdaşlarının aksiyasına dəstək olaraq Vyanadan bununla bağlı müraciət göndərib.